QƏRİBƏM
Soruşma halımı necəyəm indi,
Sakinsiz boş qalmış küçəyəm indi.
Sabahı olmayan gecəyəm indi,
Günəşi əbədi batan qəribəm.
Ağrısın,acısın sözünə yığıb,
Bu boyda dünyanı gözünə yığıb.
Dərdin hamısını özünə yığıb,
Sevinci havayı satan qəribəm.
Bu həyat könlümə,ruhuma yatmır,
Harayım...